• 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8

Xoş gəlmişsiniz!

Xoş gəlmişsiniz!

HÖRMƏTLİ ZİYARƏTÇİLƏR! Yenilənmiş internet səhifəmizə xoş gəlmişsiniz!

Cari ilin oktyabr ayından etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Peşə standartları sektoru tərəfindən hazırlanan peşə standartlarının öz əksini tapdığı rəsmi internet səhifəsi yeni versiyada fəaliyyətə başlamışdır.

İnternet səhifəmiz ictimaiyyəti, partnyor və tərəfdaşlarımızı, eləcə də maraqlanan hər kəsi məlumatlandırmaq, onlarla təması saxlamaq üçün əsas əlaqə vasitələrimizdən biridir.

© İstifadə zamanı www.dios.az saytına istinad zəruridir.

Peşə standartı nədir və nə üçün lazımdır?

Peşə standartı nədir və nə üçün lazımdır?
  1. 1
    Peşə standartı (peşə xarakteristikası) nədir?
    Konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən sənəddir. O, müvafiq səriştələr çərçivəsində işçinin bilik, bacarıq və vərdişləri nəzərə alınmaqla, onun əmək funksiyalarını yerinə yetirməsinə imkan verəcək konkret vəzifə öhdəliklərinin və fəaliyyətlərin siyahısını özündə ehtiva edir.

    Peşə standartı – işdəki rolu təyin etməyə, işçinin fəaliyyətini qiymətləndirməyə, eləcə də, təkmilləşmə, peşə yüksəlişi üçün yollar müəyyən etməyə və hazırlamağa kömək edə bilər.

    Peşə standartları ISCO 88/08-ə uyğun olaraq təsnifatlaşdırılır.

  2. 2
    Peşə standartlarının əsas komponentləri nələrdir?
    • Peşənin qısa təsviri
    • Əmək şəraiti
    • İşə qəbul tələbləri
    • Tabeçilik
    • Peşə standartı üçün məsuliyyət və müstəqillik səviyyələri
    • Karyera yüksəlişi və sərbəst məşğulluq imkanları
    • Əsas vəzifə və fəaliyyətlərin siyahısı
    • Səriştələrin qısa təsviri:
      • Bilik
      • Bacarıq
      • Yanaşma
      • Əlavə/ümumi səriştələr
  3. 3
    Peşə standartları üçün bacarıq səviyyələri
    1. Birinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələr ixtisası olmayan işçi qüvvəsini əhatə edir.
    2. İkinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələrə ixtisaslı işçilər daxildir.
    3. Üçüncü bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələr əsasən texniki işçiləri əhatə edir.
    4. Dördüncü bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələrə menecerlər, mühəndislər, müəllimlər, həkimlər və s. daxildir ki, bunlar çox vaxt peşəkarlar adlandırılır.
  4. 4
    Peşə standartlarının tətbiqini zəruri edən amillər
    • Texnologiyaların sürətlə inkişaf etməsi və idarəetmədə dəyişikliklər;
    • İş yerlərində peşələrə olan tələbin sürətlə dəyişməsi;
    • Qloballaşmanın və işçi qüvvəsinin miqrasiyasının sürətlənməsi;
    • Azərbaycanın dünya təsərrüfatı sisteminə sürətlə inteqrasiyası.
  5. 5
    Peşə standartının üstün cəhətləri

    Müasir tələblərə uyğun peşə standartlarının tətbiqi müxtəlif maraqlı tərəflər üçün aşağıdakı məqsədlər baxımından faydalıdır:

    İşəgötürənlər (müəssisələr) üçün:

    • Peşə təsvirləri, fərdi xarakteristikalar, və effektiv müsahibə vasitəsilə işə qəbulun və işçi heyətinin tərkibinin təkmilləşdirilməsi və müvafiq xərclərə qənaət edilməsi
    • İşçilərin vəzifə və fəaliyyətləri barədə aydın təsəvvürə malik olmasının təmin edilməsi
    • Bacarıqlı, motivasiyalı və çevik işçi qüvvəsinə sahib olmaqda yardım
    • Fərdi fəaliyyətin qiymətləndirilməsi və işçilərə hədəfli məlumatların verilməsi
    • Bilik və bacarıqların çatışmadığı sahələrin müəyyənləşdirilməsi
    • Təhsil və inkişaf proqramlarının, iş yerində qiymətləndirmənin effektiv şəkildə qurulması vasitəsilə təlim xərclərinin aşağı salınması
    • Vəzifə artımı üçün işçilərin bilik və bacarıqlar əldə etməyə həvəsləndirilməsi
    • İşçilərin hüquqi və təşkilati tələblərə əməl etməyə həvəsləndirilməsi
    • Fəaliyyətin aydın hədəflərə qarşı ölçülməsi
    • Tərəfdaşlarla birlikdə çalışan zaman ümumi standartlardan istifadə edilməsi
    • Müştərilərə xidmətin təkmilləşdirilməsi

     

    İşçilər üçün:

    • Peşə səviyyələrinin qiymətləndirilməsi və ixtisas artımı
    • Sertifikat vasitəsilə ixtisaslaşmanın təsdiqi
    • Gələcək peşə və karyera yüksəlişinin planlaşdırılması

     

    Təhsil idarəetmə orqanları və müəssisələri üçün:

    • Peşə təhsilinin real məqsədlərinin formalaşdırılması
    • Peşə standartları əsasında təhsil standartlarının formalaşdırılması
    • Təlimin həcmi və profillərinin planlaşdırılması, o cümlədən, işəgötürənlərin məzunlara qarşı tələblərini nəzərə alan tədris plan və proqramlarının hazırlanması
    • Məzunların keyfiyyətinin bazarın tələbləri əsasında qiymətləndirilməsi

     

    Dövlət məşğulluq orqanları üçün:

    • Məşğulluq siyasətinin işlənib həyata keçirilməsi
    • İşsiz əhalinin peşə təlimi
    • Əmək bazarının tələbatlarının proqnozlaşdırılması
    • Sosial inkişafın planlaşdırılması