DIOS Project

Emal sənayesi üzrə sahə komissiyasının növbəti iclası keçirilmişdir

Manufacturing_SC_29.01.13

[ A+ ] /[ A- ]

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin “ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı çərçivəsində 29 yanvar 2013-cü il tarixdə Emal sənayesi üzrə sahə komissiyasının növbəti iclası keçirilmişdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin “ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), ƏƏSMN yanında fəaliyyət göstərən Dövlət Məşğulluq Xidməti və Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzi, İqtisadi İnkişaf Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, emal sahəsində aparıcı müəssisələrin (ARDNŞ “Azəriqaz” İB, Bəhrə Biskvit Fabriki, Akkord Şirkətlər Qrupu, Müdafiə Sənayesi Nazirliyi “Sənayecihaz” EİM) və sözügedən layihənin ekspertlərinin iştirakı ilə 29 yanvar 2013-cü il tarixdə Emal sənayesi üzrə Sahə komissiyasının növbəti iclası keçirilmişdir.

Görüşdə layihənin əməkdaşı cənab İlkin Nəzərov Emal sənayesi sektoru üzrə hazırlanmış nümunəvi peşə standartlarının hazırlanması prosesi haqqında təqdimatla çıxış etdi. Daha sonra ekspert cənab Elçin Məmmədov emal sənayesi sahəsində hazırlanmış 5 nümunəvi peşə standartı haqqında məlumat verdi və peşə standartlarının tətbiqinin faydalarından bəhs etdi. Sonra ekspert cənab İlqar İbrahimov Emal sənayesi sahəsi üzrə hazırlanmış 4 nümunəvi peşə standartı haqqında məlumat verdi və peşə standartlarının faydalarından bəhs etdi. Daha sonra görüş müzakirə şəklində davam etdirildi.

Görüş zamanı Emal sənayesi sahəsində hazırlanmış və müəssisələrlə yerli şəraitə uyğunlaşdırılmış 27 nümunəvi peşə standartının layihə variantı Komissiya üzvlərinə rəy və təkliflərin verilməsi üçün təqdim edildi. Görüşün sonunda Sahə komissiyası üzvlərinin təqdim olunmuş 27 nümunəvi peşə standartı ilə bağlı rəy və təkliflərini 27 iş günü ərzində bildirmələri razılaşdırıldı.