Avtobus sürücüsü

Avtobus sürücüsü sərnişinləri təyin olunmuş marşrut və qrafik üzrə müəyyən olunmuş dayanacaqlara daşıyır. O, həmçinin sərnişinlərin şəhərdaxili və ya şəhərlərarası avtomobil yolları ilə rahat və təhlükəsiz daşınmasını təmin edir. Avtobus sürücüsü sürücülük üslubunu sərnişinlərin daşınmasına uyğunlaşdırır və ayaqda duran sərnişinlərə xüsusi diqqət göstərir. Xəttə çıxdıqdan sonra idarə etdiyi nəqliyyat vasitəsinə texniki xidmət göstərir, gündəlik yoxlama aparır və kabinəni təmiz və gigiyenik normalara uyğun saxlayır.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF