Banket meneceri

Banket meneceri banket və ya tədbirin bütün məsələləri, o cümlədən marketinq, planlaşdırma, məkanın hazırlanması, menyunun seçilməsi və ərzağın hazırlanması, yeməyin masaya verilməsi və təmizlik işlərinə nəzarət edir. Banket meneceri həmçinin banket işçilərinin işə götürülməsi, təlimi, təlimatlandırılması, nizam-intizamı məsələlərinə baxır və onların işinə nəzarət edir. O, eyni zamanda yemək və içkilər təqdim edən təşkilat və ya müəssisələrin fəaliyyətini istiqamətləndirir, əlaqələndirir, xidmətlərin reklamı və satışı üçün məsuliyyət daşıyır və ya birbaşa olaraq prosesdə iştirak edir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF