Baş müdir müavini (mehmanxana)

Mehmanxananın baş müdir müavininin əsas vəzifəsi otelin gündəlik fəaliyyətini effektiv şəkildə və büdcəyə uyğun olaraq təmin etmək məqsədilə bütün problem və məsələlər ilə məşğul olmaqdır. O, bütün düpartamentlərə, o cümlədən təsərrüfat, reklam, marketinq və sifariş, ərzaq və içkilər departamentlərinə nəzarət edir, həmçinin, xüsusi tədbirlərlə bağlı bütün məsələlər üçün məsuliyyət daşıyır. Adətən otelin maliyyə işlərinin təhlilində baş müdirə yardım edir, dəqiq və vaxtında hesabatlar verir, eyni zamanda otelin işlərini idarə edir, yeni xidmətlər yaradır və xərclərə ciddi nəzarət etmək və imkanlardan optimal şəkildə istifadə etməklə mənfəətin səviyyəsinin maksimum dərəcədə artırılmasına təşəbbüs edir.
Son xəbərlər
- 08 Dec 2017“Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans öz işinə başlayıbAvropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilm...
17 Oct 2016Xoş gəlmişsiniz!HÖRMƏTLİ ZİYARƏTÇİLƏR! Yenilənmiş internet səhifəmizə xoş gəlmişsiniz! Cari ilin oktyabr ayından eti...