Bazar araşdırması üzrə təhlilçi

Bazar araşdırması üzrə təhlilçi hər hansı bir məhsul və ya xidmətin potensial satışını müəyyən etmək üçün bazar şəraitini yerli, regional və ya milli səviyyədə tədqiq edir.

Bazar araşdırması üzrə təhlilçi məlumatın identifikasiyası, yığılması, təhlil edilməsi və paylanması funkiyalarını o məqsədlə yerinə yetirir ki, təşkilatın bazarda üzləşə biləcək və ya üzləşdiyi problemlər, onların həlli yollarını və hebelə bazar imkanlarını aşkarlansın.

O, rəqiblər, qiymətlər, satış, marketinq və paylama metodları üzrə məlumat toplayır. O, həmçinin regional üstünlük seçimləri və alış vərdişlərinə əsaslanan marketinq kampaniyaları yaratmaq üçün sorğu nəticələrindən də istifadə edir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF