Beton nasosu operatoru

Beton nasosu duru beton qarışığını pompalayan və istənilən yerə ötürən maşındır. Beton nasosu operatorunun vəzifəsi mexaniki, hərəkətsiz və ya portativ beton nasosları ilə işləmək, onlara nəzarət etmək və idarə etmək, eləcə də duru beton qarışığının nasosla çəkilməsi, nəql edilməsi və istənilən yerə tökülməsini həyata keçirməkdir. Avadanlıqları idarə etməklə yanaşı, operatorlar maşının gündəlik təmizliyini, texniki xidmətin göstərilməsi və ya kiçik təmir işlərini həyata keçirirlər.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF