Betonçu

Betonçu binalar və tikinti işləri üçün betonu qarışdırır, tökür, yayır, vibrasiya edir və hamarlayır. O, sementi çınqıl, qum və su kimi digər materiallar ilə qarışdırır, adətən nasoslardan istifadə etməklə betonu polad armaturlar üzərinə tökür, həmçinin betonu uyğun forma və ölçüdə saxlamaq üçün karkas və ya taxta qəliblər hazırlayır. Beton töküldükdən sonra betonçular betonu yayır, təmizləyir və atmosfer təsirindən qorumaq üçün lazımi materiallarla izolyasiya edir. Betonçu eyni zamanda beton tökülən sahəni təmizləmədən və üstünü örtmədən əvvəl betonun üzərində dekorativ səthlər düzəldə bilər. O, xüsusi avadanlıqlar vasitəsilə və yüksək təzyiqlə qoruyucu səth yaradır. Bütün əl və mexaniki alətlərdən istifadə edə bilərlər: pnevmatik çəkic, yer deşici, sement qarışdırıcıları, kiçik mexaniki qaldırıcılar, tərəzi və ölçmə avadanlıqları, eləcə də müxtəlif növ digər avadanlıq və alətlər.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF