Dağ turizm marşrutları üzrə bələdçi

Dağ turizm marşrutları üzrə bələdçi səyahətçilər qrupuna dağ gəzintisi üzrə bələdçilik xidməti təklif edən ixtisaslaşmış peşəkar alpinistdir. Uğurlu dağ bələdçisi təhlükəsizlik mühitini mümkün qədər yüksək səviyyədə təmin etməklə əsrarəngiz dağ ərazilərinə maraqlı və macəralı gəzintilər təklif edə bilməlidir. Əksər bələdçilər müstəqil məşğuldurlar. Onlar adətən müsbət imic formalaşdırmaqla müştəriləri cəlb edirlər. Bələdçilər işlədikləri ərazi barədə məlumatlara malik olmalı və ərazinin bitki və heyvan aləminin xüsusiyyətlərini bilməlidir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF