Dayə (evdə)

Dayənin əsas vəzifəsi uşağın rifah halını təmin etmək, onun qayğısına qalmaq, o cümlədən uşağı əyləndirmək və valideynlərin təlimatlarına uyğun olaraq qidalandırmaqdan ibarətdir. O, həmçinin uşağın fiziki, əqli inkişaf edə və öyrənə biləcəyi təhlükəsiz və əlverişli mühit təmin edir. Onun vəzifələri bir qədər də genişlənərək digər məişət və uşaqla bağlı işləri də əhatə edə bilər. Buraya evin saxlanılması, xörəyin bişirilməsi, uşaqların harasa aparılması və gətirilməsi, cari işlərin görülməsi və s. daxil ola bilər. Dayə bu vəzifələri öz evində də həyata keçirə bilər.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF