Dülgər

Dülgər taxtadan, digər ağac materiallarından hazırlanan məmulat və detalları quraşdıran və təmir edən sənətkardır. O, çərçivə, arakəsmə, birləşmə, dayaq və qəliblər, eləcə də pilləkənlər, qapı və pəncərə çərçivələri, möhkəm döşəmələr hazırlayır. Dülgər bina və körpülərin tikintisindən başlayaraq mətbəx mebellərinin quraşdırılmasına qədər müxtəlif tikinti işlərinə cəlb olunur. Tikinti işlərinin müxtəlif növləri olduğu üçün əksər dülgərlər müəyyən sahələr üzrə ixtisaslaşırlar. Ümumiyyətlə, dülgərlər tikintinin bütün sahələri üzrə bilik və bacarıqlara malik olmalıdırlar.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF