Geoloq

Geoloq yer qabığının tərkibi, quruluş xüsusiyyətləri və tarixini araşdırır, yerin formalaşmasına öz təsirini göstərən proseslərin ardıcıllığını müəyyən etmək üçün dağ süxurları, minerallar və qazıntı halında çıxarılan qalıqları tədqiq edir. Bu peşə kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat elmləri ilə əlaqəli şəkildə geoloji hadisələri izah edir və faktiki olaraq mineral və neft yataqlarının, eləcə də yeraltı su ehtiyatlarının yerini müəyyən etməyə kömək edir. Geoloq Yerdə vulkan və sürüşmə hallarını tədqiq edərək püskürmə və zəlzələlər barədə qabaqcadan xəbər verilməsində və onların zərərinin minimuma endirilməsi məqsədi ilə ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edir. O, eyni zamanda, geoloji hesabatlar və xəritələr hazılayır, məlumatları şərh edir, əlavə tədqiqat və tədbirlərin həyata keçirilməsini tövsiyə edir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF