Gözətçi

Gözətçi nəzarətində olan əmlakı mühafizə etmək məqsədi ilə keşikçəkmə fəaliyyətini həyata keçirir. O, növbə və növbənin təhvili zamanı qorunan əraziyə baxış keçirir, qıfıl və başqa bağlayıcı qurğuların, yanğına qarşı mühafizə vasitələrinin olmasını, siqnalizasiyanın işləməsini, telefonun, işıqlanmanın sazlığını yoxlayır, nəticə haqqında təhvil-təslim jurnalına qeydlər edir, nasazlıqlar askar edildikdə isə dərhal lazımi yerə məlumat verir. Eyni zamanda, müəssisəyə giriş və çıxışa nəzarət edir, yüklərin sənədlərə uyğunluğunu yoxlayır. O, kənar şəxs və ya yüklərin müəssisəyə girişini məhdudlaşdırmalı, lazımi yerlərə məlumat verməli, həmçinin giriş və çıxış sahəsini boş və lazımi sanitariya vəziyyətində saxlamalıdır.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF