Hidroloq

Hidroloq, əsasən təbii suları, onlarda gedən hadisələri və prosesləri öyrənir. Təbiətdə su dövranının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin ona təsiri, su obyektlərinin və ərazilərin və ümumiyyətlə Yerin hidroloji elementlərinin (suyun səviyyəsi, sərfi, temperaturu və s.) zaman, məkan analizi, həmin elementlərin tərəddüdünün qanunauyğunluqlarının aşkar edilməsi onun əsas vəzifələrinə daxildir. O, eyni zamanda çoxillik hidroloji müşahidələr və tədqiqatlar əsasında hidroloji proqnozlar tərtib edir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF