Hüquq məsləhətçisi

Hüquq məsləhətçisi çalışdığı müəssisədə ölkə qanunvericiliyi və normativ baza ilə bağlı müvafiq məsələlər üzrə yüksək peşəkar hüquq məsləhət xidməti göstərir. O, hüquqi sənədləri, normativ xarakterli sənədlərin layihəsini hazırlayır və ya hazırlanma prosesində iştirak edir, yaxud prosesə nəzarət edir, əməliyyatların hüquqi nəticələri barədə aidiyyəti şəxslərə məsləhətlər verir, tələb olunduqda təsərrüfat sübyektinin maraqlarına uyğun hüquqi hərəkətləri, maarifləndirmə işlərini həyata keçirir. Hüquq əsləhətçisi, eyni zamanda, hər hansı xüsusi sahə üzrə ixtisaslaşa və ya hüququn müxtəlif sahələri üzrə fəaliyyət göstərə bilər. O, həmçinin arbitraj və məhkəmə işlərində (inzibati, mülki və s.), digər hüquqi tədbirlərdə müəssisəni təmsil edir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF