İctimaiyyətlə əlaqələr üzrə menecer

İctimaiyyətlə əlaqələr (İƏ) üzrə menecerlər şirkəti ictimai yerlərdə müsbət şəkildə təşviq etmək məqsədi ilə təbliğat və təşviqat proqramlarını həyata keçirir. Bu mütəxəssislər ofisdaxili əlaqələrin və şirkətin İƏ strategiyasının qurulmasına cavabdehdir. . İctimaiyyətlə əlaqələr üzrə menecerlər xüsusi təqdimatları, o cümlədən işgüzar proqramlar, xeyriyyə tədbirlərini və media kompaniyalarını yönləndirir, ictimai münasibətləri yaxşılaşdıran tədbirlər proqramını təşkil edir. Onlar mətbuat üçün məlumatlar yazır və tədqiq edir, kütləvi informasiya vasitələrində öz şirkətlərini təmsil edir, çıxışlar edir, görüşlərdə iştirak edir, eləcə də hədəf auditoriyası ilə əlaqələrin yaradılmasını təmin edirlər. Onlar şirkətin siyasətini çatdırmaq və ictimaiyyətlə əlaqəni yaratmağa xidmət edən təbliğat broşürları, mətbuat üçün açıqlamalar, reklam xarakterli videolar və multimedia proqramlarının hazırlanmasında fəal iştirak edirlər. İctimaiyyətlə əlaqələr üzrə menecerin xüsusi vəzifələrinə hər hansı zəruri vasitələr ilə şirkətlərin ictimai imicinin ormalaşması, həmin imicin yaxşılaşdırılmasına kömək etmək məqsədi ilə nəzərdə tutulan ictimai tədbirlərin təşkili, mənfi reputasiya qazanmış mənbələrin idarə olunması və onların mümkün qədər azaldılması daxildir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF