İnteryer dizayner

İnteryer dizayner bir sıra yerlərin, o cümlədən evlərin, korporativ idarələrin, müəssisələrin daxili şəraitini planlaşdırır və layihələndirir. O, mövcud məkanda sakinlərin optimal tələbləri və funksiyalarını təmin etməklə, daxili məkanlardan səmərəli istifadə edir. İnteryer dizayner tapşırığın layihələndirilməsini müştərinin tələbi və mövcud ərazinin fiziki xüsusiyyətlərinin qiymətləndirilməsini ehtiva edən araşdırma əsasında həyata keçirir. Bəzi dizaynerlər tamaşalar, sərgilər, yarmarka stendləri, pərakəndə satış bölmələrinin layihələndirilməsi və yerləşdirilməsinə görə məsuliyyət daşıyırlar.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF