Karkas-üzlüklü konstruksiyaları quraşdıran usta

Karkas-üzlüklü konstruksiyaları quraşdıran usta qoruyucu konstruksiya və arakəsmələrin qurulması ilə bağlı kompleks işləri yerinə yetirir; komplekt sistemlərdən istifadə etməklə binaların və tikililərin daxili və xarici səthlərinin – tavan, döşəmə, arakəsmə, üzlük və fasadların işlənməsi, yenidən qurulması, təmiri işlərini yerinə yetirir; həmçinin gipsokarton, gips lifli lövhələr, akvapanel tipli sement-mineral lövhələr, penapolistirol və mineral plitələr, hazır inşaat qarışıqlarından istifadə edir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF