Kartoqraf / Xəritəçəkən

Kartoqraf yeni və ya yenilənmiş xəritə və planları toplayır, qiymətləndirir, layihələndirir, hazırlayır və istehsalına nəzarət edir. O həmçinin, xəritəçəkmə mütəxəssisi də adlanır. Eyni zamanda, kartoqraf xəritəçəkmə texnikası və proseduraları barədə tədqiqat işi apara bilər. O, yer səthini ölçür, onun xəritəsini və planını hazırlayır. Bu zaman, coğrafi tədqiqatlardan və məlumatların toplanmasından faktiki xəritə istehsalına qədər müxtəlif proseslər əhatə olunur. O həm enlik, uzunluq, hündürlük kimi sahəvi məlumatları, həm də əhalinin sıxlığı, torpaqdan istifadə nümunələri, yağıntıların illik həcmi, və demoqrafik göstəricilər kimi qeyri-sahəvi, coğrafi, bioloji, geoloji və digər məlumatları, toplayır, təhlil və şərh edir. Kartoqraf geodeziya çəkilişləri, sahəvi şəkillər və peyk məlumatlarından istifadə edərək rəqəmsal formatda xəritələr hazırlayır.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF