Konfrans və tədbirlər üzrə təşkilatçı

Konfrans və tədbirlər üzrə təşkilatçının əsas vəzifəsi konfransların və digər geniş həcmli tədbirlərin effektiv və səmərəli şəkildə təşkil edilməsidir. O, konfrans və tədbirlərlə bağlı bütün planlaşdırma işlərini həyata keçirir, tədbirdən əvvəl və sonra yarana biləcək problemlərlə məşğul olmaq üçün tədbirin əvvəlindən sonunadək iştirak edir. Tədbir zamanı adətən gələn qonaqlara yardım edir, onları lazım olan məlumatlar ilə təmin edir, texniki nəticə barədə hesabat verir, müştərilərin fikirlərini öyrənir, eyni zamanda tam və ya qismən loqistika məsələləri üçün də məsuliyyət daşıyır.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF