Kran operatoru (tikinti)

Tikintidə kran operatoru material, maşın və ya məhsulları qaldırmaq və müxtəlif istiqamətlərdə hərəkət etdirmək üçün qülləli və mobil kranları istismar edir. Operator, adətən, krana birləşdirilmiş kabinədə, bəzi hallarda isə yerdən yüksəkdə və ya krana əyani nəzarət etmək imkanı verən kənar nəzarət mərkəzində əyləşir. Kranlara pedallar, linglər, nömrələr, kabel və ya kabelsiz elektron panellər, keçiricilər və çubuqlar vasitəsilə nəzarət olunur. Operatorun iş yerində əsas vəzifəsi beton material və avadanlıqları, palçığı qaldırmaq və ya dağıdıcı şar vasitəsilə divara zərbə endirməkdən ibarət ola bilər. Kranı idarə etmək üçün mühəndis operator məkan barədə dəqiq məlumatlı olmalı və bir neçə əməliyyatları eyni zamanda yerinə yetirə bilməlidir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF