Küçələrə tava döşəyən

Tava düzən şəxs səthi örtmək və nəzərdə tutulan keyfiyyəti təmin etmək üçün beton, keramika, qranit, mərmər və ya digər təbii daşlar, bu kimi davamlı materiallardan hazırlanmış tavaları döşəyir, səth və bünövrələri hazırlayır, müvafiq halda “zərif dekorasiya” adlanan yapışdırıcıdan istifadə etməklə tavaları yapışdırmadan əvvəl “quru montaj” üsulu ilə onları uyğun olması, rəngi və bəzəyinə görə düzəldir. O, taraz, düzbucaqlı və xətkeşdən istifadə etməklə tavaları sıra ilə düzür və düzəldir, arzu olunan nümunəni əldə etmək üçün daha uyğun alətləri müəyyən edir və onlardan istifadə edir, əl və kəsici mexaniki alətlərdən istifadə etməklə tavaları maneələrin ətrafı və ya qalan ərazilərə düzmək üçün kəsir və müvafiq formaya salır, arakəsmələri doldurur və cilalayır, nəm süngərdən istifadə etməklə tavaların arasına duru sement məhlulunu sıxır. İş yol örtük konstruksiyaları üçün bünövrə və məhdudlaşdırıcı materialların quraşdırılmasını ehtiva edir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF