Kuryer

Kuryer sənədlər, paketlər, bağlama və digər əşyaları piyada, motosikl, avtomobil və ya ictimai nəqliyyat vasitəsi ilə ofislər, idarələr, müəssiələr, şirkətlər, mənzillər və müştərilərə çatdırır. Kuryer öz təlimatlarını ofislərinə məlumat verməklə şəxsən, eləcə də telefon və ya simsiz məlumat xidməti vasitəsi ilə alır. Ondan bağlamanın götürülməsi və ya çatdırılması zamanı ödənişin edilməsini istəmək tələb oluna bilər. Kuryer, adətən, çatdırılmanı həyata keçirən zaman bağlamanın qəbul edilməsinə sübut olaraq müvafiq şəxsdən imzanın alınmasına məsuliyyət daşıyır. Onlar, adətən, kuryer şirkətləri və ya ictimai xidmətlərdə çalışırlar.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF