Loqistika üzrə mütəxəssis

Loqistika üzrə mütəxəssis, daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət edir. Loqistika üzrə mütəxəssis həmçinin müştərilərlə xarici və daxili əlaqələrin yaradılması, müqavilələrin bağlanması, gömrükləşdirmə məsələlərinin təşkili, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işlərini həyata keçirir. O, eyni zamanda qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət edir. Məhsulun, hec bir zərəl görmədən razılaşdırılmış sayda boşaltma yerinə çatdırılmasını təşkil edir, ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF