Makiyaj ustası

Makiyaj ustası qrim hazırlayaraq onu aktyorlara, təqdimatçılara, modellərə, toy iştirakçılarına və şənliklərə qatılacaq şəxslərə tətbiq edir. O, həmçinin, kosmetika şirkəti üçün çalışaraq müştərilərə makiyaj edə, reklam işləri apara və məhsulların satışı ilə məşğul ola bilər. O, dərinin makiyaj üçün hazırlanması, makiyajın tətbiq edilməsi, makiyaj barədə məsləhətin verilməsi, uzunmüddətli çəkilişlər zamanı makiyajın saxlanılması və saç üslubu ilə makiyaj arasında uyğunluq barədə saç ustaları ilə əlaqənin yaradılması işlərinə cəlb oluna bilər.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF