Marketinq üzrə menecer

Marketinq üzrə menecer təşkilatın mal və ya xidmətlərinin hazırlanması, hazırlanan məhsulun qiymətinin müəyyən edilməsi, məhsulların təşviqi, nümayişi, təqdimatını planlaşdırmaq və yönləndirmək, məhsulların hansı coğrafiyada, hansi məkanlarda, hansı üsullarla satılmasını müəyyənləşdirmək, strateji qərarların verilməsində yaxından iştirak etmək kimi öhdəlik və səlahiyyətlərə sahibdir. Marketinq üzrə menecerin işinə, eyni zamanda, bazarın araşdırılması və marketinq üzrə audit hesabatlarının hazırlanması, xüsusi bazarlar üzrə istehlakçıların davranışlarının təhlili, müştərilər ilə əlaqələrinin qurulması, yeni bazar kanallarının tapılması, eləcə də müvafiq şirkətin bazar tələblərinin proqnozlaşdırılması daxildir. O, həmçinin informasiya vasitələri, sponsorlar, biznes tərəfdaşları və icmalar üzrə təşkilatın ictimai əlaqələrinə rəhbərlik edə bilər.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF