Ön büro meneceri

Ön büro meneceri qonaqların yerləşdirilməsi ilə bağlı bütün fəaliyyətləri istiqamətləndirir: otel və otel tipli müəssisələrdə (otel, qonaq evi və digər otel tipləri) ön büronun fəaliyyətini planlaşdırır, yaşayış üçün nömrə təklif edir, şöbənin büdcəsini tərtib edir, işinə nəzarət edir, digər şöbələrlə əlaqələr yaradır və idarə edir. O, işçilərə rəhbərlik funksiyasını yerinə yetirir, təlimlər təşkil edir, işçiləri motivasiya edir, eyni zamanda, müsbət nümunələr göstərir, müəssisənin siyasət və proseduralarını yerinə yetirir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF