Peşə standartları üzrə mütəxəssis

Peşə standartları üzrə mütəxəssis, müəssisə və aidiyyəti qurumların tələblərinə uyğun olaraq müəssisə və əmək bazarında peşə standartlarının, təlim standartlarının və bacarıqların qiymətləndirilməsinin müəyyən edilməsində müəssisə və maraqlı tərəflərə yardım edir. O, standartların beynəlxalq müstəvidə araşdırmasını həyata keçirir, standartları həyata keçirən müəssisələrə baza məlumatlar və layihələr təqdim edir. O, hədəf qrupların fəaliyyətini dəstəkləyir və standartların vahid strukturunu müəyyən edir, standartları məlumat bazasına yerləşdirir və məlumat bazasından istifadə ilə bağlı təlimat verir. Bu peşə sahibləri həmçinin, yeni işçilərin müvafiq sahədə təcrübə qazanmasını təşkil edir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF