Peyk antena quraşdırıcısı

Peyk antena quraşdırıcısı peyk siqnallarını qəbul edən texniki avadanlıqları qurur və onlara texniki xidmət göstərir. O, dalğanı optimal qəbul etmək məqsədi ilə binanın xaricində peyk antenasının quraşdırılacağı yeri müəyyən edir və müvafiq bərkitmə elementlərindən istifadə etməklə peyk antenasını bərkidir. Peyk antena quraşdırıcısı həmçinin binanın daxilində yerləşən qəbuledici qutu ilə zəruri əlaqəni, habelə abunəçilərə siqnalların kabel vasitəsi ilə (və ya simsiz olaraq) ötürülməsini təmin edir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF