Qadın bərbəri

Bərbər saçlara qulluq etməklə fərdin xarici görünüşünün qayğısına qalır. O, saçları yuyur, darayır, kəsir, formaya salır, rəngləyir, cürbəcür formalarda hörür, həmçinin onları burmaq, düzüm etmək və rəngini dəyişmək kimi xidmətlər göstərir. Bərbər bir çox hallarda saçların vəziyyəti, saçlara qulluq və onların yaxşı vəziyyətdə saxlanması ilə əlaqədar müştərilərə məsləhətlər verir. Saçın qaynaq edilərək uzadılması, süni saçlar (parik-şinyon taxılması) və saçların bərpa edilməsi də onun vəzifələrinə daxildir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF