Qeydiyyatçı (oteldə)

Oteldə qeydiyyatçı otel barədə ilk təəssürat yaradır. O, adətən otellərdə və mehmanxana tipli müəssisələrdə çalışır və ön büroya xidmət edir. Oteldə qeydiyyatçının əsas vəzifələrinə qonaqların salamlanması, onların otelə qəbul edilməsi və oteldən yola salınması, həmçinin rezervasiyaların qəbul edilməsi, otaqların ayrılması, qeydiyyatın aparılması, mesajların ötürülməsi və hesabların hazırlanması kimi geniş həcmli inzibati işlər daxildir. O, həmçinin kommutator funksiyasını yerinə yetirir, yerli ərazi barədə, dövlət qurumları və müvafiq müəssisələrlə bağlı məlumatlar verir. Qeydiyyatçı müştərilər ilə yüksək səviyyədə təmasların qurulması, xüsusi tələblərin təşkil edilməsi, taksi sifarişlərinin verilməsi və dəyərli əşyaların saxlanma üçün qəbul edilməsi işlərini görür. Müvafiq fəaliyyət kompüter avadanlığından və internetdən optimal səviyyədə istifadəni tələb edir. Böyük otellərdə qeydiyyatçılar müştəri xidmətinin müəyyən aspektləri ilə məşğul olan mütəxəssislər qrupunun tərkib hissəsi kimi çalışa bilər.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF