Reklam mətnlərinin tərtibatçısı (kopirayter)

Reklam mətnlərinin tərtibatçısı reklam kampaniyalarında istifadə olunan reklam mətnini tərtib edir. Reklam mətnlərinə televiziya və radio reklamları üçün oxunan ssenarilər, yaxud mətbuat və onlayn rejimində olan reklamların mətnləri daxildir. Reklam mətnlərinin tərtibatçısı eyni zamanda televiziya və radio üçün qısa mahnılar və musiqili şəkillər də hazırlaya bilir. O, müştərinin tələblərinə cavab verən səmərəli reklam kampaniyalarını hazırlamaq üçün digər əməkdaşlar ilə, o cümlədən qrafik dizayner, multimediya proqramlarını hazırlayan, bazar araşdırmaları üzrə analitik kimi əməkdaşlarla reklam sahəsində sıx işləyə bilər. Reklam mətnlərinin tərtibatçısı məhsulların adları barədə düşünə, şüarlar hazırlaya və məhsulun hansı xüsusiyyətinin reklam materiallarında yer almasına dair qərar verə bilər. O, həmçinin qrafik dizaynerlərin işlərindəki qrammatik səhvlərə nəzər salır, adətən art direktor və dizaynerlə bir komandada işləyir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF