Reklam meneceri

Reklam meneceri şirkətin reklam fəaliyyətinə nəzarət edir. Reklam menecerinin müvafiq rolu şirkətin reklam ilə əlaqədar yanaşmasından asılı olaraq dəyişir: o, şirkətin kənar reklam agentliyindən işə götürdüyü heyəti və fəaliyyətləri idarə edə və ya daxili reklam fəaliyyətini planlaşdıra bilər. Reklam menecerinin əsas fəaliyyətlərinə reklam kampaniyaları haqqında elanların dərc edilməsi, onların həyata keçirilməsi ilə əlaqədar şirkətin strategiyasını formalaşdırmaq və yönləndirmək, eləcə də reklam fəaliyyəti ilə bağlı müxtəlif şöbələrə nəzarət etmək daxildir. Reklam meneceri həmçinin hər hansı kampaniya ilə əlaqədar büdcənin smetasını tərtib edir, reklam materiallarını təsdiq edir, habelə kampaniyanın ümumi xüsusiyyətini qiymətləndirir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF