Satınalma üzrə nümayəndə (əczaçılıq məhsulları)

Əczaxana və kimyəvi məhsulların istehsalı üçün ehtiyatlar, materiallar və əczaçılıq məhsullarının təchizatını həyata keçirir. Təchizatın yüksək keyfiyyətdə, tələb olunan vaxt çərçivəsində və xidmətin ən münasib qiymətə göstərilməsinin təmin edilməsi məqsədi ilə satınalma üzrə nümayəndə satıcılarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Müəssisə və təchizatçılar arasında razılaşmaların əldə olunması üçün danışıqlar aparır və müəyyən edilən limit çərçivəsində müqavilələr bağlayır. Bundan başqa, satınalma üzrə nümayəndə satın alınan məhsulların keyfiyyətinin yoxlanılması və çatdırılmanın sifariş edilməsi, müqavilə üzrə göstərilən qiymətlərə riayət olunması, təsdiqlənməsi və qəbzlərin yoxlanmasına məsuliyyət daşıyır.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF