Satınalma üzrə nümayəndə (kənd təsərrüfatı məhsulları)

Kənd təsərrüfatı məhsulları üzrə satınalma nümayəndəsi emal etmək və ya təkrar satmaq üçün kənd təsərrüfatı məhsullarının alışının təşkil edilməsi ilə məşğuldur. Kənd təsərrüfatı məhsulları üzrə satınalma nümayəndəsi qiymətləri araşdırır, müqavilələrin bağlanması, yola salma və çatdırılma tarixlərinin müəyyən edilməsi işlərini həyata keçirir. O, qəbul olunan məhsulun razılaşmaya uyğun olmasına əmin olmaq üçün məhsulun keyfiyyətini yoxlayır, bildiriş və ödənişlərin vaxtında, təchizatçı ilə razılaşdırlan qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün məsuliyyət daşıyır.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF