Satınalma üzrə nümayəndə (metal məmulatları)

Metal məmulatları üzrə satınalma nümayəndəsi müəssisənin və ya təşkilatın ehtiyac duyduğu metal мəmulatlarının sifarişini həyata keçirən satınalma və ya təchizat şöbələrində çalışır. Müştərinin sifariş tələblərini qarşılamaq və inventar ehtiyatını tələb olunan səviyyədə saxlamaq üçün sifarişlərin vaxtında edilməsi və materialların çatdırılması üçün məsuliyyət daşıyır. O, həmçinin sifarişləri nəzərdən keçirir, məhsullar, onların hazır olması və qiymətlər haqqında məlumat almaq üçün satıcılarla danışıqlar aparır. Bazar qiymətləri haqqında biliklərə əsaslanaraq ən uyğun qiyməti hesablayır.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF