Satınalma üzrə nümayəndə

Satınalma üzrə nümayəndələr satınalma və ya təchizat şöbələrində çalışırlar və materiallar, ehtiyatlar, alətlər, inventar, eləcə də şirkət və ya təşkilatlar tərəfindən tələb olunan hər hansı digər növ təchizatlarla əlaqədar sifarişləri yerinə yetirirlər. Onlar tenderlərin vaxtında başlanması və ya müştərilərin sifarişləri ilə əlaqədar tələblərinin cədvəl üzrə vaxtında qarşılanması üçün materialların çatdırılması ilə bağlı satınalma üzrə sifarişlərin yerləşdirilməsi və anbarlarda olan ehtiyat səviyyəsinin təsdiq edilmiş təlimatlar çərçivəsində saxlanmasına məsuliyyət daşıyırlar. Onlar, həmçinin çalışdıqları şirkətlər və təşkilatların mümkün qədər çox gəlir qazanmasını təmin edirlər. Onlar tenderlərə başlayır, müqavilələrin layihəsini hazırlayır və müqaviləyə əsasən mallar üçün ödəniş edilməsinə icazə verirlər.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF