Satış və marketinq mütəxəssisi (turizm müəssisəsi)

Satış və marketinq mütəxəssisləri məhsul və xidmətlərin müştərilərin ehtiyaclarına uyğunlaşdırması sahəsində funksiyaları həyata keçirirlər. Əsas diqqət üzbəüz satış fəaliyyətinə yönəldilsə də, potensial bazarların müəyyən edilməsi və istehlakçıların istəklərinin öyrənilməsi istiqamətində fundamental araşdırmalara da yer ayırırlar.

Satış və marketinq mütəxəssisinin işi şirkətin məhsul və xidmətlərinin satışının dəstəklənməsi, eləcə də yeni məhsul və xidmətlərin hazırlanması üçün marketinq proqramlarının planlaşdırılması, yaradılması və həyata keçirilməsindən ibarətdir. Onlar məhsul və ya xidmətlər üzrə toplanılmış məlumatlar əsasında satış təqdimatları həyata keçirə bilər və ya hesabatlar təqdim edə bilərlər. Onlar həmçinin, bazardakı meylləri, rəqabət mühitini dərk etməyə və qiymətləri optimallaşdırmağa çalışırlar.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF