Sifarişlər üzrə nümayəndə

Sifarişlər üzrə nümayəndə müəyyən şirkət üçün sifarişlərin qeydiyyatını aparır, sifarişləri telefon, poçt, internet vasitəsi ilə və ya şəxsən qəbul edir. Sifarişlər üzrə nümayəndələrin bir qismi məsafəli, digər bir qismi isə şirkətin ərazisində işləyir. Sifarişlər üzrə nümayəndə daxil olan bütün sifarişləri qəbul edir, eləcə də məhsul və ya xidmət barədə müştəriyə məlumat verir. Onun vəzifələrinə, eyni zamanda, sadə müqavilələrin hazırlanması, eləcə də qəbzlər, qiymətlər, göndəriş tarixləri, ləngimələr və şikayətlərə baxılması ilə əlaqədar müştərilərin məlumatlandırılması daxildir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF