Turagent

Turagent səyahətə hazırlıq ilə bağlı müştərilərə istiqamət verir, təyinat məntəqələrini seçmək və araşdırmaq, eləcə də biletlərin və mehmanxanalarda yerlərin sifarişi ilə əlaqədar müştərilərə kömək göstərir. Eyni zamanda fərdlər və qruplar üçün uzaq məsafəli səyahətlər, səfərlər və ekskursiyaları planlaşdırır, təşkil edir və həyata keçirir. Turagent vaxtının əksər hissəsini müştərilərə məsləhət vermək, sənədlər ilə bağlı işləri tamamlamaq, hava yolları və mehmanxanalar ilə əlaqə yaratmaq və qrup səfərlərini təşviq etməklə keçirir. O beynəlxalq səviyyədə tanınmış sifariş sistemləri üzrə təcrübəli istifadəçi hesab olunur.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF