Turist nəqliyyatı sürücüsü

Turist nəqliyyatı sürücüsü turistləri seçilmiş marşrut üzrə razılaşdırılmış təyinat nöqtəsinə çatdırır. İşəgötürəndən asılı olaraq avtobusa texniki xidmətin göstərilməsi və yoxlama işlərinin aparılması, sərnişinlərin yüklərinin daşınması, müəyyən sənədləşdirmə işlərinin görülməsi, hesabatların hazırlanması, müştərilərin suallarının cavablandırılması, təlimatların verilməsi, zəruri avadanlıqlar ilə təmin edilməsi və avtobusu düzgün idarə etmək üçün lazım olan digər zəruri işlərin görülməsi tələb oluna bilər. Məsafədən asılı olaraq iaşə xidməti (su və digər içkilər) də təklif oluna bilər.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF