Turoperator

Turoperatorlar tur və səfər proqramlarını planlaşdırır, hazırlayır, təmin edir, qiymətləndirir və müvafiq hesabat verir. Onlar hava yolları şirkətləri, otellər, yerüstü nəqliyyat xidmətləri, tur bələdçiləri, görməli yerlərə səfər təşkil edən şirkətlər, restoranlar və digər müvafiq qurumlar ilə danışıqlar aparmaq və fəaliyyəti əlaqələndirməklə istirahət və tətil paketləri təşkil və təmin edirlər. Turoperatorlar həmçinin, gəzmək və alış-veriş məsələlərinə dair məsləhətlər verir, turlar ilə bağlı təmin edilən xidmətlər üzrə xərcləri qiymətləndirir, qarşıya çıxan problemlər barədə tur təşkilatçılarına məlumat verir və onları həll edir. Müəssisənin ölçüsündən asılı olaraq turoperatorlar marketinq materiallarının hazırlanması, internet səhifələrinin idarə edilməsi, tur paketlərinə daxil edilməsi baxımından müvafiq olduqlarını təsdiqləmək və xərcləri müəyyən etmək məqsədilə otellərə və digər obyektlərə birbaşa səfərlər edirlər.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF