Yerölçən

Yerölçən dəqiq ölçmələr aparır və mülkiyyətin sərhədlərini müəyyən edir. Mühəndislik, xəritəçəkmə, dağ-mədən, torpağın qiymətləndirilməsi, tikinti və digər məqsədlər üçün yerin üst və ya ona yaxın hissəsindəki torpaq təbəqəsinin formasını, konturlarını, qravitasiyanı, yerləşməni, qalxmaları və ya ölçüləri müəyyən etmək məqsədi ilə məlumatları təmin edir. Yerölçən həmçinin, məlumatlar toplayır, mülki tikinti və konstruksiya sxemlərində təbii və süni elementləri təsvir edir və bundan ərazinin planları üçün baza kimi istifadə edir.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF