Yol tikintisi işçisi

Yol tikintisi işçisi yollar və digər səthlərin, o cümlədən uçuş-enmə zolaqları, maşın dayanacaqlarının əraziləri və piyada keçidlərin döşənməsi və təmirində iştirak edirlər. Onlar yolun iş gedən sahəsində təmizlik işləri görür, yola asfalt və beton döşəyir, qatranlanmış səthə çınqıl və ya asfalt yayır, kabel və ya boruları çəkmək üçün yolun səthini qazıyır, eləcə də texnikaların işləyə bilmədiyi sahələrdə yolun səthini presləyir və hamarlayırlar. Onlar ərazilərdə işləyir, maşınlara avadanlıqları yükləyir və boşaldırlar. Onlar həmçinin tikinti sahələrinin yaxınlığında təhlükəsizlik çəpərlərini qurur və sökürlər. Yol tikintisi işçisi ekskavator, buldozer, beton maşını, cilalama maşını, yükləyici maşın, özüboşaldan maşınlar kimi maşın və avadanlıqların operatorlarına kömək edirlər. Yol tikintisi işçisi həmçinin tullantıları yığışdırmaq və yol nişanlarının bərpa və əvəz etməklə yolların müntəzəm təmiri ilə məşğul olurlar.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF