Zərgər

Zərgər zinət əşyaları, o cümlədən qiymətli və yarımqiymətli daşlardan zərgərlik məmulatlarının nümunələrini hazırlayır və düzəldir. İş qızıl və ya digər metalların kəsilməsi, əridilməsi, yayılması, cilalanması, pərçimlənməsi, yonulması, sıxılması, bükülməsi və tökmə üsulu ilə hazırlanmasını əhatə edir. O, daşları bərkitmək və zərgərlik məmulatlarına naxış vurmaq üçün müxtəlif üsullardan istifadə edə bilər, eyni zamanda zərgərlik məmulatlarını təmir (bərpa) edə, yenidən düzəldə və sata bilər.

  • Download FileStandartı PDF formatda endir / Download as PDF