Peşə Standartları

Attraksion müdiri
Attraksion müdiri
Attraksion müdiri sahibkarın müəyyən etdiyi qaydalara və xüsusi idarəetmə məqsədlərinə uyğun olaraq attraksionların təşkili və idarə olunması istiqamətində bütün proseslərə rəhbərlik edir,mövcud büdcəyə uyğun fəaliyyətləri əlaqələndirir, müxtəlif peşə sahiblərindən ibarət işçi heyətini idarə edir. Onun əsas vəzifələrindən biri texniki xidmət və xidmət proqramlarının idarə olunmasıdır. Bir çox hallarda, müəssisənin özünün maliyyələşməsinə yönələn gəlir gətirən ümumi fəaliyyətlərə də nəzarət edir.
Attraksion operatoru
Attraksion operatoru
Attraksion operatoru karusel və ya digər əyləncə attraksionlarının fəaliyyətini lazımi şəkildə təmin edən şəxsdir. O, attraksionu hərəkətə gətirən cihazlar vasitəsilə attraksionu idarə edir və attraksionun fəaliyyətini sona qədər nəzarətdə saxlayır. Bu peşə sahibi prosesin təhlükəsiz həyata keçirilməsinə cavabdehdir.
Baş müdir müavini (mehmanxana)
Baş müdir müavini (mehmanxana)
Mehmanxananın baş müdir müavininin əsas vəzifəsi otelin gündəlik fəaliyyətini effektiv şəkildə və büdcəyə uyğun olaraq təmin etmək məqsədilə bütün problem və məsələlər ilə məşğul olmaqdır. O, bütün düpartamentlərə, o cümlədən təsərrüfat, reklam, marketinq və sifariş, ərzaq və içkilər departamentlərinə nəzarət edir, həmçinin, xüsusi tədbirlərlə bağlı bütün məsələlər üçün məsuliyyət daşıyır.
Banket meneceri
Banket meneceri
Banket meneceri banket və ya tədbirin bütün məsələləri, o cümlədən marketinq, planlaşdırma, məkanın hazırlanması, menyunun seçilməsi və ərzağın hazırlanması, yeməyin masaya verilməsi və təmizlik işlərinə nəzarət edir. Banket meneceri həmçinin banket işçilərinin işə götürülməsi, təlimi, təlimatlandırılması, nizam-intizamı məsələlərinə baxır və onların işinə nəzarət edir.
Barmen
Barmen
Barmen bar, mehmanxana və ya restoranda içkiləri və qəlyanaltıları hazırlayan, xidmət göstərən, eləcə də inventarizasiya və mühasibatlığa məsuliyyət daşıyan şəxsdir.
Belman
Belman
Belman (resepşinin və ya qeydiyyatçının köməkçisi) çox zaman tam xidmətli otellərdə müştərilərə fərdi xidmətlər göstərir. O, qonaqları otaqlara ötürür, onların yüklərini otağa və ya otaqdan daşıyır, qapıları açır. O, qəbul otağı və otelin digər xidmətləri ilə müştərilər arasında fiziki əlaqə rolunu oynayır, foye və dəhlizlərin təmizliyini təmin edir, qonaqlara səfər məlumatları, istiqamətlər və digər tələb olunan informasiyanı verir.
Təsərrüfat işləri üzrə nəzarətçi
Təsərrüfat işləri üzrə nəzarətçi
Təsərrüfat işləri üzrə nəzarətçi obyektin təsərrüfat işlərinin əvvəlcədən təyin olunmuş normalara əsasən idarə olunmasına görə məsuliyyət daşıyır. O, sadə təsərrüfat işlərini həyata keçirir, illik təsərrüfat planları, investisiyaları və başqa xarici xidmətlər təklif edir. Eyni zamandan enerji sərfinə qənaət edilməsi və obyektin ətraf mühitə təsirinə nəzarətə görə də məsuliyyət daşıyır.
Oteldə konsiyerj (qonaqlara məlumat verən və xidmətlərin satışını təşkil edən əməkdaş)
Oteldə konsiyerj (qonaqlara məlumat verən və xidmətlərin satışını təşkil edən əməkdaş)
Məlumatları qonaqlara çatdırır, müxtəlif nəqliyyat biletlərinin sifarişlərini, ekskursiya, əyləncə və digər xidmətləri qonaqlara təqdim edir, məsləhət verir, təşkil edir, xidmət göstərir, eləcə də y üklərin çatdırılmasına nəzarət edir.
Konfrans və tədbirlər üzrə təşkilatçı
Konfrans və tədbirlər üzrə təşkilatçı
Konfrans və tədbirlər üzrə təşkilatçının əsas vəzifəsi konfransların və digər geniş həcmli tədbirlərin effektiv və səmərəli şəkildə təşkil edilməsidir. O, konfrans və tədbirlərlə bağlı bütün planlaşdırma işlərini həyata keçirir, tədbirdən əvvəl və sonra yarana biləcək problemlərlə məşğul olmaq üçün tədbirin əvvəlindən sonunadək iştirak edir. Tədbir zamanı adətən gələn qonaqlara yardım edir, onları lazım olan məlumatlar ilə təmin edir, texniki nəticə barədə hesabat verir, müştərilərin fikirlərini öyrənir, eyni zamanda tam və ya qismən loqistika məsələləri üçün də məsuliyyət daşıyır.
Aşpaz
Aşpaz
Aşpazlar ictimai iaşə sektorunun və ərzaq xidməti müəssisələrinin və şirkətlərinin əsas simasıdır. Aşpaz əsas etibarilə, menyunu planlaşdırır, xammalı seçir və alır, müştərilər üçün ərzağı bişirir və ya onun bişirilməsinə nəzarət edir. Onların xüsusi vəzifələri çalışdıqları müəssisənin növündən və həcmindən asılı olaraq dəyişir. Büdcə daxilində yeməyin seçilməsi, ədviyyatların əlavə edilməsi, bişirilməsi və təqdim edilməsi onların fəaliyyətinə aiddir. Aşpazlar gigiyenik normaların saxlanılması, ərzağın təhlükəsizliyinin təmin edilməsi və tullantıların idarə edilməsi üçün məsuliyyət daşıyır.
Rəqəmsal kinofilm nümayişi üzrə operator
Rəqəmsal kinofilm nümayişi üzrə operator
Rəqəmsal kinofilm nümayişi üzrə operator rəqəmsal görüntülü kinoaparatı işə salır, istismar edir və texniki xidmət göstərir. O, filmləri yükləyir və film nümayişi aparatının ətrafının təmizliyini lazımi şəkildə saxlayır.
Təmizlik xidməti üzrə menecer
Təmizlik xidməti üzrə menecer
Təmizlik xidməti üzrə menecer obyektin təmizliyi və səliqəsi, onun standartlara uyğun olaraq estetik görünüşə malik olması, sağlam mühitin saxlanılması üzrə məsul şəxsdir. Otellərdə bu şəxs, həmçinin, əşyaların, tekstil və mebel dəstlərinin saxlanması üçün məsuliyyət daşıyır. O, qulluqçuların işini təşkil edir və onlara rəhbərlik edir. O, müvafiq büdcə üçün cavabdeh şəxsdir.