Ekologiya

Tullantıların toplanması və çeşidlənməsi üzrə işçi
Tullantıların toplanması və çeşidlənməsi üzrə işçi
Tullantıları çüşidləyən işçi müxtəlif əşyalardan ibarət, tərkibində təkrar emala yararlı materialların, (şüşə, kağız, plastik, taxta, metal, qida qalıqlarının və. s.) daxil olduğu tullantı qarışıqlarını çeşidləyir, təkrar emala göndərir, emala yararsız tullantıları boşaldılması üçün hazırlyır və göndərir.
Sənaye ekoloqu
Sənaye ekoloqu
Sənaye ekoloqu effektiv sənaye sistemlərinin modelini hazırlamaq üçün ətraf mühitin mühafizəsi və ekoloji sistemin qorunub saxlanılması prinsiplərini tətbiq edir. O, istehsalatda təbii resursların səmərəli istifadəsi və məhsul və xidmətlərdən istifadənin effektivliyini maksimallaşdırmaq üçün fiziki və sosial elmlər biliklərindən istifadə edir. O, həmçinin cəmiyyət məsələlərini və onların texniki sistemlər və ətraf mühitlə əlaqəsini də tədqiq edir.
Meteoroloq
Meteoroloq
Meteoroloq, hava proqnozu, atmosfer hadisələrinin müşahidəsini və tədqiqatını aparan mütəxəssisdir.Həmçinin o ətraf mühitin çirklənmə səviyyəsinə nəzarət edir və böyük sənaye müəssisələrinin istismarının planlaşdırılmasında iştirak edir.
Hidroloq
Hidroloq
Hidroloq, əsasən təbii suları, onlarda gedən hadisələri və prosesləri öyrənir. Təbiətdə su dövranının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin ona təsiri, su obyektlərinin və ərazilərin və ümumiyyətlə Yerin hidroloji elementlərinin (suyun səviyyəsi, sərfi, temperaturu və s.) zaman, məkan analizi, həmin elementlərin tərəddüdünün qanunauyğunluqlarının aşkar edilməsi onun əsas vəzifələrinə daxildir. O, eyni zamanda çoxillik hidroloji müşahidələr və tədqiqatlar əsasında hidroloji proqnozlar tərtib edir.
Ətraf mühit işçisi
Ətraf mühit işçisi
Yollar və axınlar boyu yaşıllıqların, sahillərin, bəndlərin, kanalların, kiçik və sıx meşəliklərin salınması və nəzarəti sahəsində bütün tələb olunan iş təlimatlarını yerinə yetirir. İşçi həmçinin yanğının qarşısının alınması və yanğınsöndürmə tədbirlərinin həyata keçirilməsində və digər təhlükəli hadisələri minumuma endirməkdə yardımçı olur.