İKT

Xidmət dəstəyi üzrə mütəxəssis
Xidmət dəstəyi üzrə mütəxəssis
Xidmət dəstəyi üzrə mütəxəssisin rolu müştəri xidməti və texniki dəstəkdən ibarət olub, standartlar, avadanlıq və şəbəkə ilə bağlıdır. Öhdəliklərinə daxil olan müştəri xidməti standartlara və İT üzrə şəbəkəyə texniki qulluq prosedurlarına uyğun həyata keçirilir.
Vebsayt administratoru
Vebsayt administratoru
Vebsayt administratoru vebsaytların təmin edilməsi, yenilənməsi və monitorinqi üçün cavabdeh şəxsdir. O, həmçinin, statistik və yardımçı marketinq fəaliyyəti ilə də məşğul olur. Bəzi hallarda onlar fərdi saytların ilkin hazırlanması prosesində də iştirak edirlər.
Vebmaster
Vebmaster
Vebmaster internet və intranet veb saytların layihələndirilməsi, hazırlanması, saxlanılması və yenilənməsi üçün məsul olan şəxsdir. Onlar əlavə işçilər və ya kənar xidmətlərin idarə olunması üçün məsul olan menecer funksiyasını yerinə yetirirlər.
Şəbəkə paketlərinin kommutasiyası altsistemi üzrə mühəndis
Şəbəkə paketlərinin kommutasiyası altsistemi üzrə mühəndis
Şəbəkə paketlərinin kommutasiyası altsistemi üzrə mühəndis yerli şəbəkə və sistem xidmətlərini layihələşdirir, hazırlayır, quraşdırır, konfiqurasiya edir, sınaqdan keçirir və fəaliyyətini optimallaşdırır.
Şəbəkə administratoru
Şəbəkə administratoru
Şəbəkə administratoru aktiv və passiv şəbəkə avadanlıqlarını quraşdırır, kökləyir və texniki qulluq göstərir. O, şəbəkə səviyyələrində avadanlıq və proqram təminatı problemlərini diaqnostika edərək aradan qaldırır. Şəbəkələrin yüklənməsi və şəbəkə trafikinin optimallaşdırılmasına dair təhlil və hesabatlar da onun öhdəliyinə düşür. O, həmçinin şəbəkənin funksiyalarına dair təlimat verir.
Radio keçid şəbəkəsinin planlaşdırılması və optimallaşdırılması üzrə mühəndis
Radio keçid şəbəkəsinin planlaşdırılması və optimallaşdırılması üzrə mühəndis
Radio keçid şəbəkəsinin planlaşdırılması və optimallaşdırılması üzrə mühəndis məlumatları toplayıb modelləşdirir/surətini çıxarır, lazım gəldikdə, radioşəbəkə layihəsi məlumatlarını və modelləşdirmənin nəticələrini təmin edir. O, mobil şəbəkəni qiymətləndirir və genişləndirmə planları hazırlayır. O, həmçinin şəbəkənin əsas səmərəlilik göstəricilərinin (KPİ) hədəfə çatmasını təmin etmək üçün onların monitorinqi və optimallaşdırılması ilə məşğul olur. Bu göstəricilər çatmayan zənglər əmsalı, uğurlu qoşulma əmsalı ilə ölçülür. Eyni zamanda o, ötürücünün sınaq nəticələrini təhlil edir və əməliyyatsonrası nəzarət alətləri ilə şəbəkənin problemlərini müəyyən edir.
Proqram təminatının yaradılması üzrə mütəxəssis
Proqram təminatının yaradılması üzrə mütəxəssis
Proqram təminatının yaradılması üzrə mütəxəssis müəssisə üçün kompüter üzrə tətbiqi proqram təminatı və ya xüsusi xidmət proqramını: 1) hazırlayır, yazır, həyata keçirir və uyğunlaşdırır; 2) sınaqdan keçirir və yoxlayır; 3) nəzarət edir və ona texniki qulluq göstərir.
Məlumatların daxil edilməsi üzrə operator
Məlumatların daxil edilməsi üzrə operator
Məlumatların daxil edilməsi üzrə operator abunə əməliyyat sənədlərinin qeydiyyatını aparır, müştəri anketlərinə uyğun müştəri müqavilələrini sistemə daxil edir, uyğunluğunu yoxlayır, uyğunsuzluqlar olduğu halda düzəlişlər edir, həll olunmayan məsələlər barədə is’ müvafiq şəxs(lər)ə məlumat verir. O, eyni zamanda bütün qeydiyyat sənədlərinin düzgünlüyünə və tamlığına görə cavabde olan şəxsdir.
Məlumat təhlükəsizliyi üzrə mütəxəssis
Məlumat təhlükəsizliyi üzrə mütəxəssis
Məlumat təhlükəsizliyi üzrə mütəxəssis məlumatların təhlükəsizliyinə, toxunulmazlığına, əlçatan olmasına və məxfiliyinə cavabdeh olan şəxsdir. Onun əsas vəzifəsi müəssisənin/ şirkətin məlumat təhlükəsizlik tədbirlərini təhlil etmək və onların effektivliyini müəyyən etməkdir. O, həmçinin işçi heyətinə müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə təlimlərin və maarifləndirmə işlərinin həyata keçirilməsi ilə də məşğuldur.
Məlumat bazası administratoru
Məlumat bazası administratoru
Məlumat bazası administratoru geniş sayda dövlət/özəl müəssisə və təşkilatları daxilində məlumat bazalarının düzgün və təhlükəsiz şəkildə istifadəsi, texniki təminatı, inkişaf etdirilməsi, köklənməsi və keyfiyyətə nəzarətə cavabdehdir.
Kompüter ustası
Kompüter ustası
Kompüter avadanlığında, proqram təminatında, stolüstü kompüterlərdə, noutbuklarda, eləcə də digər müvafiq əlaqə sistemlərində baş verən nasazlıqları aradan qaldırır və təmir işlərini həyata keçirir. O, şəbəkə və yardımçı proqramlar qurur, lazım olduğu təqdirdə əməliyyat sistemlərini yeniləyir və ya təkmilləşdirir. O, avadanlıqlardan düzgün istifadə və onlara sadə texniki xidmətlərin göstərilməsi üzrə müştərilərə məsləhətlər verir.
İT təhlükəsizliyi üzrə mütəxəssis
İT təhlükəsizliyi üzrə mütəxəssis
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis müəssisənin sistem və şəbəkələrində İT təhlükəsizliyini təminatına cavabdeh olan şəxsdir. O, təhlükəsizlik sistemlərini quraşdırır, fəaliyyətinə nəzarət edir, İT təhlükəsizliyi sahəsində monitorinqlər aparır, baş vermiş insidentləri araşdırır və onları həll edir. Eyni zamanda müəssisənin işçi heyətinə İT təhlükəsizliyi haqqında təlimlər verir.