Peşə Standartları

Daşıma xidməti sürücüsü
Daşıma xidməti sürücüsü
Daşıma xidməti sürücüsü, adətən, topdan və ya pərakəndə satış xidmətinin tərkib hissəsi olaraq təhlükəsiz daşıma xidməti göstərir. O, məhdud müştəri xidmətləri göstərə və yeni sifarişlər ala bilər.
Ticarət mərkəzi direktoru
Ticarət mərkəzi direktoru
Ticarət mərkəzi direktoru topdan və ya pərakəndə satış mərkəzinin gəlirliliyi, saxlanılması və inkişafına məsuliyyət daşıyır. O, müştərilərin strukturu, ticarət məntəqələrinin bölüşdürülməsi, ictimaiyyətlə əlaqələr, reklam tədbirləri və fəaliyyətlərinə, həmçinin vergi və sosial sığorta ödənişlərinə nəzarət edir, eləcə də rəhbərlik və ticarət sahəsinin digər nümayəndələri qarşısında mərkəzin maraqlarını təmsil edir. Eyni zamanda, idarəetmə şurasına strateji konsept sənədlərinin və dövri hesabatlar ilə birlikdə arayışların təqdim edilməsi də onun məsuliyyəti daxilindədir.
E-ticarət mütəxəssisi
E-ticarət mütəxəssisi
E-ticarət mütəxəssisi iş yerlərinin sürətli inkişafda olduğu yeni sahələrdə çalışır. Hazırkı mərhələdə işlər aşağıdakı istiqamətləri əhatə edir: internet əsaslı satış və marketinq, təklifləri qəbul etmək və sifarişlər göndərmək, satış sonrası xidmətlərin, həmçinin sosial media və telemarketinqin yaradılması.
Maliyyə meneceri
Maliyyə meneceri
Maliyyə meneceri təsərrüfat sübyektinin maliyyə vəziyyətinə məsuliyyət daşıyır. O, təsərrüfat sübyektinin uzunmüddətli maliyyə strategiyasının layihəsini hazırlayır, həmçinin müəssisə rəhbərliyinin tələblərinə, eləcə də hüquqi normalara əsasən biznes planları və maliyyə hesabatlarını tərtib edir, riskləri minimuma endirməklə investisiyaların gəlirliliyini artırır, sərmayə qoyuluşu üzrə təkliflər verir və mühasibatlığa nəzarət edir, həmçinin təsərrüfat subyektinin ayrı-ayrı filiallarında, şöbələrində ona tabe olan işçilərin fəaliyyətini idarə və koordinasiya edir.
Gülsatan
Gülsatan
Gülsatan buket, çələng və əklillər daxil olmaqla güllərin tərtibatını planlaşdırır və yığır, onları satış üçün hazırlayır və satışını həyata keçirir. Onların vəzifələrinə mağazalarda tər güllərin təqdim olunması və ya tərtibat məqsədi ilə müəyyən rəng və görünüşdə olan güllərin seçilməsi daxildir.
Zərgər
Zərgər
Zərgər zinət əşyaları, o cümlədən qiymətli və yarımqiymətli daşlardan zərgərlik məmulatlarının nümunələrini hazırlayır və düzəldir. İş qızıl və ya digər metalların kəsilməsi, əridilməsi, yayılması, cilalanması, pərçimlənməsi, yonulması, sıxılması, bükülməsi və tökmə üsulu ilə hazırlanmasını əhatə edir. O, daşları bərkitmək və zərgərlik məmulatlarına naxış vurmaq üçün müxtəlif üsullardan istifadə edə bilər, eyni zamanda zərgərlik məmulatlarını təmir (bərpa) edə, yenidən düzəldə və sata bilər.
Gözətçi
Gözətçi
Gözətçi nəzarətində olan əmlakı mühafizə etmək məqsədi ilə keşikçəkmə fəaliyyətini həyata keçirir. O, növbə və növbənin təhvili zamanı qorunan əraziyə baxış keçirir, qıfıl və başqa bağlayıcı qurğuların, yanğına qarşı mühafizə vasitələrinin olmasını, siqnalizasiyanın işləməsini, telefonun, işıqlanmanın sazlığını yoxlayır, nəticə haqqında təhvil-təslim jurnalına qeydlər edir, nasazlıqlar askar edildikdə isə dərhal lazımi yerə məlumat verir.
İdman və fiziki hazırlıq üzrə təlimatçı
İdman və fiziki hazırlıq üzrə təlimatçı
İdman və fiziki hazırlıq üzrə təlimatçı fiziki hazırlıq üzrə fərdi proqramlar hazırlayır və müştərilərə idman alət və avadanlıqlarından düzgün istifadə etməyi öyrədir. O, fərdi təlim proqramları və ya fiziki hazırlıq üzrə xüsusi məşğələlər vasitəsi ilə müştərilərə təlim proqramını çatdırır, onlara fiziki formalarını yaxşılaşdırmaq və qorumağa kömək edir.
Qadın bərbəri
Qadın bərbəri
Bərbər saçlara qulluq etməklə fərdin xarici görünüşünün qayğısına qalır. O, saçları yuyur, darayır, kəsir, formaya salır, rəngləyir, cürbəcür formalarda hörür, həmçinin onları burmaq, düzüm etmək və rəngini dəyişmək kimi xidmətlər göstərir. Bərbər bir çox hallarda saçların vəziyyəti, saçlara qulluq və onların yaxşı vəziyyətdə saxlanması ilə əlaqədar müştərilərə məsləhətlər verir. Saçın qaynaq edilərək uzadılması, süni saçlar (parik-şinyon taxılması) və saçların bərpa edilməsi də onun vəzifələrinə daxildir.
İsitmə, soyutma və havalandırma sistemləri üzrə texnik
İsitmə, soyutma və havalandırma sistemləri üzrə texnik
İsitmə, soyutma və havalandırma sistemləri üzrə texnik yaşayış yerləri və kommersiya müəssisələrində isitmə, soyutma və havanlandırma sistemlərini qurur, xidmət göstərir və təmir edir. Bu peşə sahibinin vəzifələrinə iqlimin təsirinin, enerji sərfiyyatının, səs-küyün ölçülməsi, izolyasiyası və quraşdırma işləri daxildir.
İnsan resursları üzrə menecer
İnsan resursları üzrə menecer
İnsan resursları üzrə menecer müəssisədə (təşkilatda) işçi heyətinin yığılması, kompensasiya, müavinət və məzuniyyətlərin idarə edilməsi, işçi qüvvəsinin təlimi və inkişafı, işçilərin fəaliyyətinin və əməyinin qiymətləndirilməsi, həvəsləndirilməsi və işci heyətinin əmək fəaliyyətinin təmin olunması məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyətləri yerinə yetirir.
İctimaiyyətlə əlaqələr üzrə menecer
İctimaiyyətlə əlaqələr üzrə menecer
İctimaiyyətlə əlaqələr (İƏ) üzrə menecerlər şirkəti ictimai yerlərdə müsbət şəkildə təşviq etmək məqsədi ilə təbliğat və təşviqat proqramlarını həyata keçirir. Bu mütəxəssislər ofisdaxili əlaqələrin və şirkətin İƏ strategiyasının qurulmasına cavabdehdir. . İctimaiyyətlə əlaqələr üzrə menecerlər xüsusi təqdimatları, o cümlədən işgüzar proqramlar, xeyriyyə tədbirlərini və media kompaniyalarını yönləndirir, ictimai münasibətləri yaxşılaşdıran tədbirlər proqramını təşkil edir.