Peşə Standartları

Elektron təhlükəsizlik sistemlərinin quraşdırıcısı
Elektron təhlükəsizlik sistemlərinin quraşdırıcısı
Elektron təhlükəsizlik sistemlərinin quraşdırıcısı şəxsi evlərdə, eləcə də bütün növ təssərrüfat subyektlərində elektron təhlükəsizlik sistemlərini quraşdırır, onlara texniki xidmət göstərir və təmir edir. O, eyni zamanda quraşdırılmış avadanlıqların düzgün istifadəsi ilə əlaqədar müştərilərə məsləhət verir.
İnteryer dizayner
İnteryer dizayner
İnteryer dizayner bir sıra yerlərin, o cümlədən evlərin, korporativ idarələrin, müəssisələrin daxili şəraitini planlaşdırır və layihələndirir. O, mövcud məkanda sakinlərin optimal tələbləri və funksiyalarını təmin etməklə, daxili məkanlardan səmərəli istifadə edir. İnteryer dizayner tapşırığın layihələndirilməsini müştərinin tələbi və mövcud ərazinin fiziki xüsusiyyətlərinin qiymətləndirilməsini ehtiva edən araşdırma əsasında həyata keçirir. Bəzi dizaynerlər tamaşalar, sərgilər, yarmarka stendləri, pərakəndə satış bölmələrinin layihələndirilməsi və yerləşdirilməsinə görə məsuliyyət daşıyırlar.
Daxili auditor
Daxili auditor
Daxili auditor təsərrüfat subyektində maliyyə-təsərrüfat risklərinin idarə olunmasını, nəzarət mühiti və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirir. O, müəssisənin fəaliyyətində qanunvericiliyin (qaydaların) tələblərinə riayət olunmasını təmin etmək məqsədi ilə struktur bölmələrində (şöbə və filiallarda) auditi həyata keçirir, müvafiq hesabatlar hazırlayır və audit planına uyğun olaraq risklərin minimallaşdırılması üzrə tövsiyələri rəhbərliyə (Müşahidə Şurası və/və ya Audit Komitəsinə) təqdim edir.
Yazılı və şifahi tərcüməçi
Yazılı və şifahi tərcüməçi
Şifahi tərcüməçi şifahi nitqi bir dildən digər dilə çevirir. Şifahi tərcümə özündə orjinal mənbə dildəki məzmunu dinləməyi, başa düşməyi və xatırlamağı, daha sonra fikirləri, sualları və nitqləri digər müxtəlif hədəf dildə yenidən ifadə etməyi ehtiva edir. Bu, çox vaxt bir istiqamətdə, əsasən də şifahi tərcüməçinin ana dilinə edilsə də ancaq ikitərəfli əsasda da ola bilər. Onlar iki əsas şifahi tərcümə növü ilə işləyirlər - birbaşa və ardıcıl. Birbaşa şifahi tərcümə tərcüməçidən qarşı tərəf danışarkən dinləməyi və eyni zamanda tərcümə etməyi tələb edir.
İT administratoru
İT administratoru
İT administratoru müəssisə və ya təşkilatda informasiya sistemini və/və ya şəbəkəni təmin edir, işlədir və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verir. O, serverlərin quraşdırılması, təmin edilməsi və yaxşılaşdırılması işini yerinə yetirir. O, informasiyanın təhlükəsizliyini təmin edir. Onun vəzifələri sırasına, digərləri ilə yanaşı, informasiya sisteminin müəssisənin tələblərinə uyğun olaraq effektiv və səmərəli şəkildə fəaliyyət göstərməsini, həmkarların ixtisas səviyyəsinin daimi olaraq artırılmasını təmin etmək də daxildir.
Camaşırçı
Camaşırçı
Camaşırçı camaşırxananın avadanlıqlarını və sıxıcı qurğuları idarə edir. İş çirkli camaşırların təmizlənməsi və steril vəziyyətdə qaytarılmasını təmin etmək üçün müxtəlif vəzifələri özündə ehtiva edir.
Hüquq məsləhətçisi
Hüquq məsləhətçisi
Hüquq məsləhətçisi çalışdığı müəssisədə ölkə qanunvericiliyi və normativ baza ilə bağlı müvafiq məsələlər üzrə yüksək peşəkar hüquq məsləhət xidməti göstərir. O, hüquqi sənədləri, normativ xarakterli sənədlərin layihəsini hazırlayır və ya hazırlanma prosesində iştirak edir, yaxud prosesə nəzarət edir, əməliyyatların hüquqi nəticələri barədə aidiyyəti şəxslərə məsləhətlər verir, tələb olunduqda təsərrüfat sübyektinin maraqlarına uyğun hüquqi hərəkətləri, maarifləndirmə işlərini həyata keçirir.
Makiyaj ustası
Makiyaj ustası
Makiyaj ustası qrim hazırlayaraq onu aktyorlara, təqdimatçılara, modellərə, toy iştirakçılarına və şənliklərə qatılacaq şəxslərə tətbiq edir. O, həmçinin, kosmetika şirkəti üçün çalışaraq müştərilərə makiyaj edə, reklam işləri apara və məhsulların satışı ilə məşğul ola bilər. O, dərinin makiyaj üçün hazırlanması, makiyajın tətbiq edilməsi, makiyaj barədə məsləhətin verilməsi, uzunmüddətli çəkilişlər zamanı makiyajın saxlanılması və saç üslubu ilə makiyaj arasında uyğunluq barədə saç ustaları ilə əlaqənin yaradılması işlərinə cəlb oluna bilər.
Manikürçü-pedikürçü
Manikürçü-pedikürçü
Manikürçü əllərə qulluq edir, barmaqlar və dırnaqlar ilə işləyərək onlara uyğun görünüş və forma verir, eləcə də dırnaqlara tələb edilən rəngləri çəkir. O, çertyojlardan istifadə edərək müxtəlif zər və laklarla dırnaqlara dəbə uyğun bəzək vurur. Pedikürçü müştərilərin tələblərinə uyğun ayaqların dərisinə qulluq edir, ayaqların hamar və gözəl görünməsini təmin etmək məqsədi ilə dırnaqları kəsir və onlara bəzək vurur, eləcə də ayaqların sağlamlığının qorunması ilə əlaqədar müştəriyə məsləhət verməklə kömək göstərir.
Marketinq üzrə menecer
Marketinq üzrə menecer
Marketinq üzrə menecer təşkilatın mal və ya xidmətlərinin hazırlanması, hazırlanan məhsulun qiymətinin müəyyən edilməsi, məhsulların təşviqi, nümayişi, təqdimatını planlaşdırmaq və yönləndirmək, məhsulların hansı coğrafiyada, hansi məkanlarda, hansı üsullarla satılmasını müəyyənləşdirmək, strateji qərarların verilməsində yaxından iştirak etmək kimi öhdəlik və səlahiyyətlərə sahibdir. Marketinq üzrə menecerin işinə, eyni zamanda, bazarın araşdırılması və marketinq üzrə audit hesabatlarının hazırlanması, xüsusi bazarlar üzrə istehlakçıların davranışlarının təhlili, müştərilər ilə əlaqələrinin qurulması, yeni bazar kanallarının tapılması, eləcə də müvafiq şirkətin bazar tələblərinin proqnozlaşdırılması daxildir.
Dayə (evdə)
Dayə (evdə)
Dayənin əsas vəzifəsi uşağın rifah halını təmin etmək, onun qayğısına qalmaq, o cümlədən uşağı əyləndirmək və valideynlərin təlimatlarına uyğun olaraq qidalandırmaqdan ibarətdir. O, həmçinin uşağın fiziki, əqli inkişaf edə və öyrənə biləcəyi təhlükəsiz və əlverişli mühit təmin edir. Onun vəzifələri bir qədər də genişlənərək digər məişət və uşaqla bağlı işləri də əhatə edə bilər. Buraya evin saxlanılması, xörəyin bişirilməsi, uşaqların harasa aparılması və gətirilməsi, cari işlərin görülməsi və s. daxil ola bilər. Dayə bu vəzifələri öz evində də həyata keçirə bilər.
Ofis xadiməsi
Ofis xadiməsi
Ofis xadiməsi ofisləri təmiz və səliqəli saxlayır, döşəmələrin, xalçaların, iş masalarının, ofis avadanlıqlarının, sanitar qovşaqların təmizlənməsi, divarların və şüşələrin yuyulması, eləcə də zibillərin yığışdırılması kimi təmizlik işlərini yerinə yetirir. Onun vəzifəsinə təmir işlərinə zərurət yarandıqda rəhbərliyə məlumatın verilməsi də daxildir.